1xeber.media xəbər verir ki, Suriyanın yeni prezidenti Əhməd əş-Şaraa Suriya nümayəndə heyətinin başçılığı ilə oktyabrın 15-də Moskvaya səfər edəcək.
"Suriya prezidentinin sabah Moskvaya səfəri gözlənilir", - məlumatda deyilir.
Bundan əvvəl Suriyanın Moskvadakı səfirliyi ölkə nümayəndə heyətinin qarşıdan gələn Rusiya-Ərəb sammitində iştirak edəcəyini açıqlamışdı.
Bundan əvvəl Suriyanın yeni xarici işlər naziri Əsəd Əl-Şibani bəyan etmişdi ki, Dəməşq Rusiya hakimiyyətinin ölkənin müharibədən sonrakı bərpasında köməyinə ümid edir.