"Rusiya 2008-ci ildə Gürcüstanda baş vermiş hadisələrlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) tələblərinə əməl etməyəcək".
1xeber.media xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib.
Belə ki, Peskov jurnalistin AİHM-in qərarının Rusiya və Gürcüstan arasındakı münasibətlərə necə təsir edəcəyi ilə bağlı sualına: “Bu, ayrı məsələdir, ayrı bir mahiyyətdir”, - deyə cavab verib.
Qeyd edək ki, oktyabrın 14-də AİHM Gürcüstanın Rusiyaya qarşı dövlət iddiasını təmin edərək, 2008-ci il münaqişəsindən sonra insan haqlarının pozulması iddiası ilə Tbilisiyə 253 milyon avro təzminat təyin edib. İddia 2008-ci ildə qaldırılıb. Məhkəmə müəyyən edib ki, Rusiya "həddindən artıq güc tətbiqi", "qəddar rəftar", "qanunsuz həbslər" və "Gürcüstanın nəzarətində olan ərazilər arasında" sərhəddən hərəkətə "qanunsuz məhdudiyyətlər" daxil olmaqla pozuntulara yol verib.