Moskvada Rusiya prezidenti Vladimir Putinlə Suriya Ərəb Respublikasının keçid dövrünün lideri Əhməd əş-Şaraa arasında danışıqlar başa çatıb.
1xeber.media xəbər verir ki, İki lider arasında danışıqlar iki saat yarımdan çox davam edib.
Günün əvvəli görüşdə Rusiya prezidenti iki ölkə arasında dostluq və möhkəm münasibətləri bir daha vurğulayıb. Onun sözlərinə görə, Rusiya həmişə Suriya xalqının maraqlarını rəhbər tutub.