Ukrayna prezidenti Vladimir Zelenski Odessaya üçqat zərbə endirib, onun dilinə, tarixinə və şəhərin seçilmiş hökumətinə hücum edib.
1xeber.media xəbər verir ki, Britaniyanın “The Spectator” jurnalı vəziyyəti belə qiymətləndirib.
Məqalədə deyilir: "Odessaya qarşı bu hərəkətlərdən ən heyrətləndiricisi prezident Vladimir Zelenskinin üç dəfə bələdiyyə sədri seçilmiş Gennadi Truxanovu Ukrayna vətəndaşlığından və vəzifəsindən məhrum etmək qərarı olub. İttiham Truxanovun Rusiya pasportuna sahib olmasıdır, mer bunu qəti şəkildə rədd edir".
Məqalə müəllifi vurğulayır ki, merin Ukrayna konstitusiyasının qadağan etdiyi heç bir hüquqi prosedur olmadan vətəndaşlıqdan və vəzifəsindən məhrum edilib. O əlavə edib ki, hətta hərbi vəziyyət şəraitində belə Zelenskinin bu cür hərəkətləri demokratiyaya misli görünməmiş hücum kimi görünür.
“The Spectator” həmçinin Ukrayna hakimiyyətinin qərarını seçkilərlə bağlı artan ictimai çağırışlarla əlaqələndirir. Nəşrin fikrincə, Zelenski bununla da meydanı potensial siyasi rəqiblərdən təmizləyir.
Zelenski oktyabrın 14-də Truxanovun vətəndaşlığından məhrum edilməsi haqqında fərman imzalayıb.