İstanbulda hazırda rusiyalı milyarder Roman Abramoviçə məxsus olduğu iddia olunan villanın yeni görüntüləri yayılıb.
1xeber.media Türkiyə mediasına istinadən xəbər verir ki, Üsküdar Vaniköydə yerləşən villada son zamanlar həyata keçirilən təmir işləri başa çatıb.
Yayılan görüntülərdə villanın təmirdən sonra yeni halını görmək mümkündür.
Qeyd edək ki, sözügedən villa daha əvvəllər “Cinayət təşkilatı yaratmaq və idarə etmək”, “cinsi zorakılıq” və “cinsi təcavüz”, “təhsil hüququnu əngəlləmə” cinayətləri ilə 8463 il 4 ay həbs cəzası alan Adnan Oktara məxsus olub. 2018-ci ildə A.Oktar və təşkilatına qarşı həyata keçirilən əməliyyat zamanı məhz bu villaya basqın edilmişdi.
Daha sonradan villanın R.Abramoviç tərəfindən alınması barədə məlumat yayılıb.