Rusiya prezidenti Vladimir Putinlə Suriya lideri Əhməd əş-Şara arasında danışıqların gündəmində Rusiyanın Suriyadakı hərbi bazaları mövzusu olub.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Peskov Əl-Şaraanın Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyası tələbi ilə çıxış edib-etməməsi və Putinin bu məsələdə mövqeyinin necə olduğu barədə verilən sualdan yayınaraq deyib: "Əsədə gəlincə, bu kontekstdə xəbər verəcək heç nə yoxdur".