ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton HƏMAS-ı məhv etməyə hazırdır. Radikal qrup sülh razılaşmasına zidd olaraq insanları öldürməyə davam edərsə, bu ssenari mümkündür.
1xeber.media xəbər verir ki, Amerika lideri bunu TruthSocial sosial media platformasında yazıb.
“Əgər HƏMAS Qəzzada insanları öldürməyə davam edərsə – bu razılaşmanın bir hissəsi deyildi – bizim içəri girib onları öldürməkdən başqa çarəmiz qalmayacaq”, – Tramp yazıb.
İsrail və HƏMAS arasında atəşkəs razılaşması oktyabrın 10-da yerli vaxtla saat 12:00-da qüvvəyə minib. Oktyabrın 13-də sazişin icrası çərçivəsində fələstinli qrup 20 yaşayan israilli girovu azad edib.