1xeber.media xəbər verir ki, Ermənistan hökuməti bir ay və ya bir ildən sonra Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət edə bilər, oktyabrın 18-də xarici işlər naziri Ararat Mirzoyan bəyan edib.
O, Deutsche Welle-yə deyib: "Mən nə vaxt müraciət edəcəyimizi dəqiq deyə bilmərəm. Gələn ay və ya bəlkə gələn il ola bilər".
O, müraciətin son müddətinin bir çox amillərdən asılı olduğunu qeyd edib, lakin əlavə edib ki, Aİ ilə əməkdaşlığın dərinləşdirilməsi Ermənistanın rəsmi siyasətidir.