Son zamanlar Azərbaycanda mənzil dələduzluğu pilləli şəkildə artmaqdadır
1xeber.media oxu24.com -a istinadla xəbər verir ki, belə şirkətlərdən biri də hüquqi ünvanı Bakı şəhəri,Səbail rayonu,T.Əliyarbəyov qardaşları ev 25,mənzil 43 olan Xırdalan şəhəri,H.Aslanov küçəsi 21 ünvanında çoxmərtəbəli mənzil inşa edən "Avro Qrand" MMC-dir.Adıçəkilən şirkətin direktoru,satış şöbə rəisi və iş icraçısı Xanlar Məmməd oğlu Cəfərov,Xəzər Qurban oğlu Əliyev və Elgiz Eldar oğlu İsmayılov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru,professor Zəfər Qəzənfər oğlu Qurbanovu mənzil satacaqları adı ilə 60 min manat aldadıblar.
Onlar Zəfər Qurbanova satdıqları mənzili eyni zamanda Vüsal Hüseynov,Elçin Gülalıyev,Vüqar Abdullayev adlı şəxslərə də eyni üsulla satıblar.
Şirkətin hər 3 səlahiyyətlisi hazırda həbsdədir.
Barələrində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən 232026387 nömrəli cinayət işi başlanıb.
İş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.3.2,178.2.3 və 320.1 -ci maddələrinin tələbələrinə uyğun olaraq təqib edilib.
Məhkəmə araşdırması üçün iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynova həvalə olunub.
Oxu24.com məsələyə münasibət öyrənmək məqsədi ilə rektorun özü ilə əlaqə saxlayıb.O,məsələ haqda danışmaq istəməyib.