Hərbi prokuror Müdafiə Nazirliyinin Xüsusi təyinatlıları ilə görüşüb
1xeber.media xəbər verir ki, Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Xüsusi təyinatlıları ilə görüşüb.
Görüşün əvvəlində Ümumi Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.
Daha sonra Vətən müharibəsində xalqımız və Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsindən, eləcə də əldə olunan şanlı qələbədən danışılıb.
Xüsusi təyinatlılar daim Ali Baş Komandanın tapşırıqlarını icra etməyə və ərazilərimizi qorumağa hazır olduqlarını bildiriblər.
Ardınca Xüsusi təyinatlıların nümunəvi döyüş hərəkətləri nümayiş etdirilib.
Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb