1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 21-də bildirib ki, NATO təlimləri həmişə Rusiya ordusunun diqqət mərkəzindədir.
"Bu cür təlimlər hər zaman hərbçilərimizin diqqət mərkəzindədir. Onlar belə təlimlərin gedişini diqqətlə izləyirlər. Təbii ki, bu cür təlimlərin planları da, niyyətləri də hərtərəfli təhlil edilir", - o, brifinq zamanı deyib.
O, həmçinin qeyd edib ki, Rusiya mövcud imkanlarını artırmaq üçün lazımi tədbirlər görür.