ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin İsrailə ikigünlük səfəri başlayıb.
1xeber.media xarici mediaya istinadən xəbər verir ki, onun ilk olaraq Qəzzada atəşkəsə nəzarət etmək üçün yeni yaradılmış qüvvələrin qərargahına getməsi gözlənilir.
Sabah isə Vensin İsrailin Baş naziri Benyamin Netanyahu və prezident İsxak Hersoq ilə görüşləri planlaşdırılır.
Vensdən əlavə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner də İsraildədir.
Ümumilikdə səfərin məqsədinin Qəzza zolağında atəşkəs rejiminin gücləndirilməsinə dəstək vermək olduğu vurğulanıb.