İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi İordan çayının qərb sahilinin bir hissəsinin ilhaqı ilə bağlı Knessetdə keçirilən ilkin səsverməni "siyasi təxribat" adlandırıb.
1xeber.media xəbər verir ki, bu açıqlama ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin tənqidlərindən və ABŞ prezidenti Donald Trampın "İsrail bu əraziləri ilhaq etsə, ABŞ-nin bütün dəstəyini itirəcək" bəyanatından sonra verilib.
“Times of Israel” yazır ki, hər iki qanun layihəsi Knessetin müxalifət üzvləri tərəfindən dəstəklənib.
Qeyd edək ki, qanun layihəsi İsraildən “İordan çayının Qərb sahilindəki Hudeya və Samariya yaşayış məntəqələri üzərində öz suverenliyini tətbiq etməyi” tələb edir.