Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sərəncam imzalayaraq, general-mayor İlqar Rza oğlu Abbasovu Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edib.
1xeber.media Bakupost.az-a istinadla xəbər verir ki, prezidentin digər sərəncamı ilə onun yerinə Sərdar Süleyman oğlu Səfərov təyin edilib.
Maraqlıdır ki, 15 oktyabr 2025 tarixində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini vəzifəsini icra edənİsmayıl Xəlil oğlu Hüseynov da vəzifədən azad olunub. Onun öz ərizəsi ilə vəzifəsindən azad edildiyi bildirilirdi. İsmayıl Hüseynov açıqlamasında vəzifədən getməsinə səbəb kimi səhhətindəki problemləri göstərib.
“Boynumda yırtıq yaranıb. Artıq bu səbəbdən işləyə bilmirəm”, - o bildirib.
İsmayıl Hüseynovun açıqlamasına baxmayaraq onun ardınca Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin də vəzifədən getməsi, qurumda ardıcıl iki kadr dəyişikliyinin olması maraq doğurub

















