1xeber.media xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə görə, hərbi qulluqçuların, prokurorluq işçilərinin və ya əməliyyat-axtarış fəaliyyəti subyektlərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz geyinən şəxslər 800–1 000 manat cərimə edilir. Geyim forması da müsadirə olunur.
Ehtiyata və ya istefaya buraxılarkən hərbi forma geyinmək hüququ verilmiş şəxslər isə formanı qanunda nəzərdə tutulmayan hallarda geyinərlərsə, Məcəllənin 534-1-ci maddəsinə əsasən 500–700 manat cərimə edilirlər.
















