ABŞ Kolumbiya prezidenti Qustavo Petroya qarşı sanksiyalar tətbiq edib.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi öz saytında məlumat yayıb.
"Prezident Petro narkotik kartellərinin çiçəklənməsinə icazə verdi və onların fəaliyyətini dayandırmaqdan imtina etdi. Bu gün Prezident Tramp ölkəmizi qorumaq üçün qətiyyətli addımlar atır və ölkəmizə narkotik qaçaqmalçılığına dözməyəcəyimizi açıq şəkildə bildirir", - ABŞ Maliyyə Naziri Scott Bessent izah etdi.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Qustavo Petronu təhqir edərək onu əclaf və quldur adlandırmışdı. "Onlar əvvəllər heç görmədiyimiz miqdarda kokain istehsal edirlər və onu satırlar və bundan sonra bundan xilas olmayacaqlar. Biz buna daha dözməyəcəyik", - Tramp deyib.

















