Digər qardaşının da anoloji əmələ görə axtarışda olduğu deyilir.
İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri S.Səmədovun 2 oğlunun vəzifədən azad olunmasının ardınca daha bir xəbər yayıldı.
1xeber.media xəbər verir ki,Oxu24.com saytının əldə etdiyi məlumata görə, Saleh Səmədovun böyük qardaşı Atababa Səmədov da həbs olunub.
Onun digər qardaşı,əvvəllər Daxili İşlər Orqanlarında çalışmış Sahib Səmədovun da anoloji əmələ görə barəsində axtarış elan edildiyi bildirilir.
Mənbənin verdiyi məlumata görə,Atababa Səmədov bir qrup şəxs ilə qrup şəklində dələduzluq əməli törətməkdə ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Atababa Səmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
A.Səmədov ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında pul atıb. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib.
Əldə etdiyimiz məlumata görə, Saleh Səmədovun qardaşının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə ittiham olunduğu üzə çıxıb.
O,da məlum olub ki, A.Səmədov illər öncə məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Verilən cəza şərti cəza ilə əvəz olunub.Lakin,sonra iş üzrə ittihamçı prokuror mövcud hökmdən narazı qaldığı üçün apellyasiya protesti verib və onun cəzası 5 ildən 7 ilə qaldırılıb.
Qaçıb gizləndiyi üçün A.Səmədov barədə hökm 1 il 6 aydan çox icra edilməyib.
Əməliyyat-axtarış tədbirləri ilə A.Səmədov sonralar həbs olunub və cəzaçəkmə müəssisəsinə göndərilib.Hazırda O Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.
Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti" ilə çıxış etmişdi. O, sonradan DTX tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib. Hazırda iş üzrə ibtidai istintaq aparılır.
Xatırladaq ki,sosial şəbəkələrdə Saleh Səmədov dövlətə xəyanət etməkdə suçlandırılan Ramiz Mehdiyevin çətiri altında olduğu bildirilir.
















