 Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti “Dostluq Kuboku” minifutbol turniri keçirilib. Turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.

1xeber.media xəbər verir ki,turniri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva da izləyiblər.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhər 1, 2, 3 və Gəncə şəhər 4 saylı Uşaq evlərinin komandaları müvafiq olaraq hər iki yaş qrupu üzrə “Şahinlər”, “Birlik”, “Zəfər” və “Kəpəz” adları ilə güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub. Oyunlar zamanı həm uşaqların, həm də matçları izləyənlərin böyük coşqu və sevinc yaşadıqları diqqət çəkib.
Turnirin ən yaddaqalan anlarından biri oyunları izləyən Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyevanın bütün komandaları dəstəkləmələri, uşaqlarla səmimi söhbət etmələri və onlarla şəkillər çəkdirmələri olub. Onlar iştirakçılara uğurlar arzulayaraq, belə tədbirlərin gələcəkdə daha geniş miqyasda və mütəmadi şəkildə keçirilməsinin vacibliyini bir daha vurğulayıblar.