Tulada Proletar körpüsündə tramvay, iki “Qazel” və bir minik avtomobilinin iştirakı ilə baş verən qəzaya tramvayın relsdən çıxması səbəb olub.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 31-də regional fövqəladə hallar xidməti məlumat yayıb.
"Tramvay relsdəki nasazlıq səbəbindən relsdən çıxıb və mikroavtobusların düz qarşısından qarşıdan gələn zolağa çıxıb", - mənbə TASS-a bildirib.
















