 “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn ilin yazında Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək sammitində iştirakı ilə bağlı hələ konkret məlumat yoxdur”.
 “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gələn ilin yazında Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək sammitində iştirakı ilə bağlı hələ konkret məlumat yoxdur”.
1xeber.media xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyasındakı mənbəyə istinadən “RİA Novosti” yayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin gələn ilin yazında keçiriləcək sammitində iştirak etmək üçün İrəvana dəvət olunduqlarını açıqlayıb. “Caliber.Az” isə diplomatik mənbələrə istinadən Prezident İlham Əliyevin sözügedən sammitdə iştirak etmək niyyətində olmadığını yazıb.
 
			

















 
   
   
