 Türkiyənin məşhur müğənnisi Muazzez Abacı infarkt keçirib.
 Türkiyənin məşhur müğənnisi Muazzez Abacı infarkt keçirib.
1xeber.media xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Sənətçinin yaxın dostu, bəstəkar Seda Akay bildirib ki, oktyabrın 28-i M.Abacı infarkt keçirib və bu səbəbdən də onun ürəyinə stend qoyulub:
“Onunla telefon danışığı apardıq və açıqlama verməyimi istədi. Hazırda xəstəxanadadır, müalicəsi palatada davam edir. Sağlıq vəziyyəti ilə bağlı tez-tez məlumat verəcəyəm”.
Qeyd edək ki, Muazzez Abacının 77 yaşı var və o, Amerikada yaşayır.
 
 
 
			

















 
   
   
