“Azərbaycanda 1991-ci ildə 190 mindən bir az çox, 2011-ci ildə 176 minə yaxın, 2024-cü ildə isə cəmi 102 min civarında uşaq doğulub. Azalırıq, özü də sürətlə, sosial-iqtisadi problemlərə görə insanlar ailə qura bilmirlər, ailə quranlar isə dünyaya 2-ci uşaq gətirməyə çəkinirlər”.
1xeber.media xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, hökumət uşaq pulu vermək istəmir: “Bunu anladıq, amma iqtisadi azadlıqları artırmağa da yanaşmır, vergiləri, rüsumları da azaltmır ki, insanlar özləri qazanıb oğullu-uşaqlı, evli-eşikli olsunlar. Görəsən, hökumət nə düşünür, ümumiyyətlə, düşünürmü, düşünməyi bacarırmı?!”

















