Uşaqpulu bu tarixdən bərpa olunacaq? - AÇIQLAMA
Hər zaman aktual olan əsas sosial mövzulardan biri də uşaqpulu məsələsidir. Bəs, 2025-ci ildən uşaqpulunun bərpası gözlənilirmi?
1xeber.media xəbər verir ki,mövzu ilə bağlı Sonxəbər.az-a sosioloq Üzeyir Şəfiyev danışıb.
Sosioloq, açıqlamasında qeyd edib ki, Azərbaycanda son illərdə təbii artımda heç vaxt olmadığı qədər enmə dinamikası müşahidə olunur:
"Uşaqpulu adlanan, uşaqlar üçün nəzərdə tutulan müavinətin verilməsi məsələsi mütəmadi olaraq son zamanlar müzakirə mövzusuna çevrilib. Bununla bağlı hələki yekun nəticə əldə edilməyib. Uşaqpulu adlanan sosial müvinət Azərbaycanda tətbiq olunurdu, amma 2006-cı ildən bu dayndırıldı və onu ünvanlı sosial yardım əvəz etdi. Ancaq hesab edirəm ki, ünvanlı sosial yardım uşaqpulu adlanan müvinəti əvəz edə bilməz.
Uşaqpulu adlanan sosial müvinətin bərpa olunmağı üçün bir çox səbəblər var. İlk növbdə Azərbaycanda heç vaxt olmadığı kimi təbii artımda enmə dinamikası müşahidə olunur. Yəni, yenidoğulanların sayında azalma özünü göstərir. Hətta 2023-cü ilin statistikasına görə, əvvəllki ilə nisbətən təbii artım 15% aşağı düşüb. Bunun qarşısını almaq üçün yaxşı olar ki, Azərbaycanda demokratik siyasəti təşviq edən dəstək layihələri olsun, o cümlədən, uşaqpulu kimi, sosial müvinətlər də bərpa olunsun. Bununla da Azərbaycanı təhdid edən təbii artımın enmə təhlükəsini aradan qaldıra bilər. Digər mühim məsələ isə ondan ibarətdir ki, hökmən deyil ki, Azərbaycanda uşaqpulu 18 yaşa qədər verilsin. Ən azı 6 ,8, 10 yaşa qədər uşaqlar, sözügedən sosial müavinət verilə bilər.
Bundan əlavə isə, şərt deyil ki, bütün ailələrə və ya ailədəki bütün uşaqlara verilsin. Dəqiq sosial xəritə tərtib oluna bilər və xüsusilə də aztəminatlı ailədən olan uşaqlara həmin müvainət verilə bilər. 2025-ci ilin büdcə müzakirələrində də bildiyim qədər görürük ki, uşaqpulu adlanan sosial müavinətin bərpası gözlənilmir. Amma 2025-də olmasa da dəqiq proqnozlaşdırmaq olar ki, yaxın perspektivdə uşaqpulu adlanan sosial müavinətlərin bərpası qaçılmaz olacaq".