1xeber.media xəbər verir ki, Finlandiya prezidenti Aleksandr Stubb Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında noyabrın sonunda görüş təşkil etməyi təklif edib.
“Milli müdafiə kursunun açılışında Stubb noyabrda Yohannesburqda keçiriləcək G20 sammitində ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında yeni danışıqların aparılmasını təklif edib”, - məlumatda deyilir.
Finlandiya lideri nüvə silahı məsələsinə də toxunaraq, Şimali Atlantika Alyansının Finlandiyanın nüvə müdafiəsini təmin etdiyini vurğulayıb.

















