UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və “Çelsi” (İngiltərə) komandaları arasında keçiriləcək IV tur oyunu üçün start heyətlər açıqlanıb.
1xeber.media xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Kadi Borges, Pedro Bikalyo, Abdullah Zubir (k), Leandro Andrade, Kamilo Duran, Marko Yankoviç.
Baş məşqçi: Qurban Qurbanov.
“Çelsi”: Robert Sançes, Tosin Adarabioyo, Mark Kukurelya, Yorrel Hato, Ris Ceyms, Romeo Laviya, Andrey Santos, Ceymi Qittens, Estevao, Joao Pedro, Tayrik Corc.
Baş məşqçi: Enzo Mareska.
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.
1xeber.media xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.
Azərbaycan çempionu hazırda 6 xalla 15-ci, eyni xala malik olan London təmsilçisi 13-cü sıradadır.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı (3:2), II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini (2:0) məğlub edib. "Köhlən atlar" III turda İspaniyada "Atletik"ə (1:3) uduzub.

















