Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxacaq.
1xeber.media xəbər verir ki, Ağdam təmsilçisi evdə FCSB (Rumıniya) ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, hazırda turnir cədvəlində FCSB 11 xalla 10-cu, “Qarabağ” isə 3 xalla 33-cüdür.
Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur
21:45. “Qarabağ” (Azərbaycan) - FCSB (Rumıniya)
Hakimlər: Filip Qlova, Daniel Polaçek, Peter Bednar, Lukaş Dzivyak (Slovakiya)
Tofiq Bəhramov adına Respublika Stadionu
***
Komandaların start heyətləri açıqlanıb:
“Qarabağ”: 97. Fabiyan Buntiç, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
FKSB: 32. Ştefan Tarnovanu, 33. Risto Radunoviç, 5. Yoskim Dava, 30. Siyabonqa Nqezana, 8. Adrian Şut (k), 42. Baba Alhassan, 7. Florin Tanase. 15. Marius Ştefanesku, 11. David Mikulesku, 9. Daniel Birligea
Baş məşqçi: Elias Xaralambus
***
Matç başladı.
***
1-ci dəqiqədə Leandro Andrade hesabı açdı.
***
Adrian Şut 7-ci dəqiqədə hesabı bərabərləşdirir - 1:1
***
41-ci dəqiqədə “Qarabağ” hesabda önə keçir - 2:1. Elvin Cəfərquliyevin qapı qarşısına ötürməsindən sonra Dava topu öz qapısına göndərir.
David Mikulesku 45+4-cü dəqiqədə hesabı bərabərləşdirir - 2:2.
***
Fasilə
***
İkinci hissə başladı.
***
73-cü dəqiqədə Adrian Şut dubl edir - 2:3.
Qarşılaşma “Qarabağ”ın 2:3 hesablı məğlubiyyəti ilə başa çatdı. Bununla da Ağdam təmsilçisi pley-off şanslarını itirdi.