Son 2 gündə Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyev mövzusu ilə bağlı səngimə özünü göstərməkdədir. Xüsusən də onunla bağlı mötəbər mənbələrin mediaya hər hansı məlumat ötürməməsi, həbslərlə bağlı fasilə çox şeydən xəbər verir. Redaksiyamıza daxil olan məlumata görə, buna səbəb hazırda ölkənin gündəmindəki əsas məsələnin 8 noyabr Zəfər Paradıdır. Ölkəmizə gələn qonaqlar, bu tədbirin dünya mediası tərəfindən diqqətlə izlənməsi Mehdiyev mövzusunu arxa plana qoyub. Amma Mehdiyevin köməkçisinin ötən həftə həbsindən sonra yaşananlar bu çəmbərin kifayət qədər genişləndiyini göstərir.
Bu arada Mehdiyev olayı başlayan gündən danışan deputatlar da artıq bu mövzuda hər hansı şərh vermək istəmirlər. Buna səbəb isə eks PA administrasiya rəhbərinin bəzi deputatlara qarşı kompromat xarakterli məlumatları mediaya ötürməsi oldu. Bundan başqa, bir çox şəxlər də sözügedən mövzu ətrafında baş verənləri aydın şəkildə təhlil edə və nə baş verəcəyini təsəvvür etmədiyindən çoxsaylı tərəddüdlər yaranıb. Nələr gözlənilir? Növbəti həbslər kimləri əhatə edəcək?
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu qonaq olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

















