
Bakı şəhər sakini Naridə Seyidova başına gələn problemlə bağlı 1xeber.media-ya müraciət edib.
Gənc xanım şikayətində bildir ki,07 fevral 2025-ci il tarixində plastik-estetik cərrah Məhəmməd Poluxov tərəfindən "Funda№ Hospitalda cərrahi əməliyyat olunub. Xanım iddia edir ki,əməliyyat zamanı yalnız qaş qaldırma və alt göz blefaroplastikası istədiyi halda, həkim tərəfindən icazəsi olmadan əlavə olaraq üst göz blefaroplastikası, üz dartılması və göz dartılması əməliyyatları aparılıb.
Şikayətçi bildirir ki,əməliyyatdan sonra üzünün simmetriyası pozulub, yanağı əyilib, gözlərinin biri yuxarıda, biri aşağıda, biri uzun, digəri isə yumru formadadır. Sağ gözü isə davamlı ağrıyır, su axır və görmə narahatlığı yaranıb.
Əməliyyatın səhv nəticəsi ilə bağlı dəfələrlə həkimin qəbuluna getsə də, hər dəfə “6 ay sonra düzələcək” kimi bəhanələrlə aldadıldığını iddia edən xanım bildirir ki,Poluxovun heç tibbi sertifikatı da yoxdur.
"Sonuncu dəfə bir ay öncə həkim Məhəmməd Poluxovla təkrar görüşmüşəm. Görüşdə həkim bu məsələni “qısa zamanda həll edəcəyini” desə də, verilən sözlər yerinə yetirilməmiş, əksinə, məsələni ört-basdır etməyə cəhd göstərilmişdir."-deyə vətəndaş bildirir.
Hətta tərəfimizdən məsələ həll olunmazsa prokurorluq və hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi bildirildikdə, həkim Məhəmməd Poluxov tərəfindən “bizim yuxarıda da adamımız var, bu məsələni uzatmayın” kimi təhdid xarakterli ifadə işlədilmişdir.-deyə xanım lazımı qurumlardan kömək istəyir.
Bu paylaşımım həm ictimai diqqətin yönəldilməsi, həm də digər vətəndaşların bu cür hallardan qorunması məqsədi daşıyır. Mən ədalət tələb edirəm-Naridə Seyidova iddiasında qeyd edir.
Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərərflərin də mövqeyini işıqlandırmağa hazırıq.

















