Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojjya Atom Elektrik Stansiyasında lokal atəşkəsə razılaşıb.
1xeber.media xəbər verir ki, bu barədə agentliyin rəhbəri Rafael Qrossinin bəyanatında deyilir.
"MAQATE-nin vasitəçiliyi ilə əldə edilmiş son yerli atəşkəs razılaşması qüvvəyə minib. Bu, stansiyanın elektrik şəbəkəsinə qoşulmasını gücləndirmək üçün təmirə başlamağa imkan verib", - o deyib.

















