Humanitar yardım aparan ABŞ təyyarəsi Florida ştatında qəzaya uğrayıb.
1xeber.media "Mirror"a istinadən xəbər verir ki, kiçik təyyarə Koral-Sprinqs bölgəsindəki qapalı yaşayış kompleksində yerləşən evlərdən birinin yaxınlığına düşüb.
Təyyarənin su hövzəsinə düşdüyü anları müşahidə kamerası qeydə alıb.
Məlumata görə, "Beechcraft King Air B100" təyyarəsi 9 sərnişin daşıya bilir.
Dalğıcların göldə pilot və sərnişinləri axtardıqları bildirilir. Xəsarət alanlar barədə məlumat yoxdur.
Təyyarə "Melissa" qasırğası nəticəsində xeyli ziyan dəyən Yamaykaya humanitar yardım aparırdı. O, Fort-Loderdeyl hava limanından yola düşübmüş.

















