Azərbaycan Ordusunun ərazilərimizin azad olunması uğrunda apardığı 44 günlük müharibənin və əldə etdiyi şanlı qələbənin kulminasiyası heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi oldu. Azərbaycan Ordusu bir aydan bir az çox çəkən döyüşlər zamanı ağlasığmaz şücaət göstərərək cənub istiqamətindən qala-şəhərin həndəvərinə qədər irəlilədi.
1xeber.media xatırladır ki,Şuşa üzərində tam nəzarət noyabrın 7-i axşam saatlarında qurulub. Şənbə günü səhər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələri şəhərə üç tərəfdən daxil olub. Bu müharibənin bütün dövründə ən uğurlu və ən cəsarətli bir əməliyyat idi.
Döyüş əməliyyatlarıın başa çatmasından bir neçə gün sonra dünyanın müxtəlif ölkələrindən hərbi ekspertlər təsdiq edirlər ki, Şuşa əməliyyatı müstəsnadır və dünya hərb tarixində qalacaq, eləcə də hərb elminə dair dərsliklərə salınacaq.
Bəs Ordumuz Topxana meşəsinin ən yüksək zirvəsindən Şuşaya necə daxil olub? – DİN-in Daxili Qoşunların əməkdaşı - Vətən müharibəsi qəhrəmanı, polkovnik-leytenant Nicat Bədəlov və Şuşa və Füzuli şəhərlərinin azad edilməsinə görə, “Şücaətə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan mayor Taleh Rüstəmli nəfəskəsən əməliyyatdan danışırlar.
Ətraflı sujetdə:

















