Konstitusiya və Suverenlik ili çərçivəsində və Vətən Müharibəsində şanlı Zəfərin 5 illiyi münasibətilə Yasamal rayon ictimaiyyəti Hərbi Memorial Məzarlığı ziyarət edib.
1xeber.media xəbər verir ki, ziyarətdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, Yasamal Bələdiyyəsinin rəhbərliyi, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Burada şəhid məzarlarına gül dəstələri qoyulub, ruhlarına dualar oxunub, əziz xatirələri yad edilib.
Daha sonra ərazidəki mərasim evində ehsan süfrəsi açılıb. Tədbirdə şəhid ailələri, qazilər, aztəminatlı şəxslər və həssas təbəqə nümayəndələri də iştirak ediblər. Mərasimdə Qurandan dualar oxunub, şəhidlərin əziz xatirəsi anılıb.

















