ADSEA-dan 1xeber.media verilən məlumata görə,magistral su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Qobu, Güzdək qəsəbələrinə, Höküməli qəsəbəsinin və Yasamal rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.
Təmir işlərinin bazar günü yekunlaşacağı planlaşdırılır. Gün ərzində suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.
Bu müddətdə sakinlərə maşınlarla su veriləcək.