Kiyevin Müstəqillik meydanında korrupsiyaya və Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı mitinq keçirilib.
1xeber.media xəbər verir ki, Politika Strany Telegram kanalının məlumatına görə, 100-dən az adam iştirak edib.
Etirazçılar əllərində “Zelenski cinayətkardır”, “Prezident istefası”, “Korrupsiyaya yox” kimi şüarlar yazılmış plakatlar, həmçinin Timur Mindiçin işini araşdıran Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) regionlararası detektiv şöbəsinin həbsdə olan rəhbəri Ruslan Maqomedrasulova dəstək nümayiş etdiriblər. Etirazçılar həmçinin Zelenskinin ətrafı daxilində korrupsiya qalmaqalı olarsa, istefaya gedəcəyi vədini də xatırlayıblar.
Mitinq təşkilatçıları hər şənbə Maydana yürüş edəcəklərini vəd ediblər.
Mitinqin təşkilatçısı Mariya Barabaş bütün tələbləri yerinə yetirilənə qədər hər şənbə Maydana yürüş edəcəyinə söz verib: Maqomedrasulovun azad edilməsi və Andriy Yermakın prezident aparatının rəhbəri vəzifəsindən istefası.
Bankova yenə də əsgər həyatı ilə oynayır, insanları şahmat taxtasında fiqurlar kimi gəzdirir. Biz imkan verməyəcəyik ki, ukraynalıların həyatları alver predmetinə çevrilsin.

















