Rusiya-Ukrayna müharibəsində itkin düşmüş hesab olunan Ağdam sakininin nəşi tapılıb.
1xeber.media APA-ya istinadla xəbər verir ki, bu barədə yaşadığı Ağdam rayon Bənövşələr qəsəbə sakinləri məlumat yayıb.
Bir ildən artıq müddətdir ki, taleyindən xəbər olmayan 1994-cü il təvəllüdlü Nicat Quliyevin cənazəsi yaxın günlərdə Azərbaycana gətiriləcəyi ehtimal olunur.
N.Quluyev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, sonradan Rusiya ordusu tərəfində Ukraynada gedən döyüşlərə qoşulub.

















