Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri olmuş Mais Ağayevdən xəbər var.
1xeber.media xəbər verir ki,“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, peşəcə jurnalist olan və BNA-dan öncə İctimai Televiziyada çalışmış Mais Ağayev yenidən mediaya qayıdıb.
Onun budəfəki iş yeri Real TV-yə bağlı Real FM radiodur.
2023-cü ildə Bakı Nəqliyyat Agentliyi ləğv edildikdən sonra Mais Ağayev Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) Vətəndaşlarla iş və çağrı mərkəzinin rəhbəri təyin olunsa da, buradakı işi uzun sürmədi. Ləğv edilmiş BNA-nın rəhbər şəxsləri haqqında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaldırılmış cinayət işinə o da cəlb olundu.
Baş Prokurorluq BNA-da əməliyyat keçirərək bir sıra şəxsləri məsuliyyətə cəlb etmişdi. Bu əməliyyat çərçivəsində Mais Ağayev saxlanılmış, 2 ay sonra isə sərbəst buraxılmışdı.
BNA-nın keçmiş mətbuat katibinin azadlığa buraxıldıqdan sonra Azərbaycanı tərk edərək Türkiyəyə getmişdi.















