2 illik cəza müddətindən sonra azadlığa çıxan Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucov gələcək fəaliyyətindən danışıb.
Jurnalist Gununsesi.info-ya açıqlamasında bildirib ki, o, həbsdə olsa da “Kanal 13” fəaliyyət gösətrib: “Təbii ki, mənim həbsim “Kanal 13″ün fəaliyyətinə təsirsiz ötüşməyib. Biz Azərbaycanda və regionda ən böyük abunəçisi olan kanal olmuşuq. Amma mənim qanunsuz həbsimə baxmayaraq, kanalmız fəaliyyətini davam etdirdi. Biz peşəkar media olmuşuq. Milli və dövlətçilik maraqları hər zaman prioritet olub. Biz bunu 44 Günlük Vətən Müharibəsində isbat etmişik. Bu gələcəkdə də belə olacaq. Təəssüflər olsun ki, mənə qarşı haqsızlıqlar oldu. Amma hər şey keçmişdə qalıb.
Əziz Orucov ilk növbədə səhhətindəki problemlərin həlli ilə məşğul olacağını deyib: “Səhhətimi qaydaya salandan sonra yenidən kanalın fəaliyyətinə rəhbərlik edəcəyəm”.

















