Türkiyə Rusiya və Ukrayna ilə birbaşa əlaqə saxlayır və yenidən İstanbulda danışıqlara ev sahibliyi etməyə hazırdır.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 28-də Berlində almaniyalı həmkarı İohan Vadephul ilə birgə mətbuat konfransında bildirib.
Fidan xatırladıb ki, Kiyev və Moskva nümayəndələri arasında bu yay yenidən İstanbulda danışıqlar aparılıb. Xarici işlər naziri qeyd edib ki, danışıqların üç raundu bir çox məsələlər üzrə məhsuldar nəticələr verib.
"Biz bu yolu davam etdirməliyik. Türkiyə isə yenidən İstanbulda danışıqlara ev sahibliyi etməyə hazırdır. Biz tərəflər arasında birbaşa əlaqə saxlayırıq", - deyə Fidan nazirliyin X (keçmiş Twitter) səhifəsində bildirib.















