Ukrayna Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə dair danışıqların fonunda taktiki məğlubiyyətlə, lakin strateji qələbə ilə üz-üzədir.
1xeber.media xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Ölkənin Siyasəti” Telegram kanalına istinadən bildirib.
O vurğulayıb ki, Ukrayna tezliklə çox çətin bir dövrlə üzləşəcək, ukraynalılar “çox çətin həqiqəti etiraf etməli olacaqlar”. Keçmiş diplomat vurğulayıb ki, Kiyevin qələbəsi ondadır ki, Rusiya qoşunları Ukraynanın bütün ərazisini işğal etməyib.
"Biz bu həqiqəti etiraf etməyənə qədər biz normal gələcək qura bilməyəcəyik. Amma reallığı etiraf etməkdən imtina etmək bizi geridə qoyacaq. Ukraynanı taktiki məğlubiyyət, lakin strateji qələbə gözləyir", - o deyib.
Bundan əvvəl Ukraynada münaqişənin sülh yolu ilə həlli planı üzrə danışıqların fonunda Ukrayna prezidenti Vladimir Zelenski bəyan etmişdi ki, ölkə çətin qərarlar qarşısındadır. Bununla belə, o, yalnız ədalətli tədbirləri qəbul etmək niyyətində olduğunu vurğulayıb.

















