SSRİ-nin bərpasından söhbət gedə bilməz və mənasızdır.
1xeber.media xəbər verir ki, bunu dekabrın 4-də “India Today” telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.
"Nəyin reinteqrasiyası? Sovet İttifaqı? Xeyr, əlbəttə ki, yox. Bu, sadəcə olaraq, söz mövzusu deyil. Bizim belə bir məqsədimiz yoxdur və bunun heç bir mənası olmaz", - o deyib.
Rusiya liderinin fikrincə, Qərbdə yayılan və guya Rusiyanın SSRİ-ni bərpa etmək istəyini göstərən bəyanatlar öz əhalisini qorxutmaq cəhdidir.

















