1xeber.media xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə bağlı mühüm açıqlama verib.
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Suriyada sabitliyin təmin olunmasını istəyir.
“Türkiyə özü üçün nə istəyirsə, qonşular üçün də onu istəyir. Biz Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasının tərəfdarıyıq və bu ölkə sabitliyə layiqdir. Türkiyənin yeganə məqsədi Suriya xalqının azadlığıdır. Biz ilk gündən bəri bunun üçün çalışırıq”, – Türkiyə prezidenti vurğulayıb.