1xeber.media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa prezidenti Emmanuel Makronun ABŞ-ın Ukraynaya xəyanət edə biləcəyi ilə bağlı narahatlığı fonunda Vaşinqtona məsləhətlər verib.
Siyasətçi xatırladıb ki, dekabrın 1-də Almaniya kansleri Fridrix Merzlə söhbəti zamanı, “Der Spiegel” jurnalının yazdığına görə, Makron guya Vaşinqtonun Kiyev hakimiyyətinə xəyanət etməsi ehtimalına işarə edib.
"Bəlkə də bir neçə "dünyanın ən yaxşı sualtı qayıqlarını" Fransa sahillərinə göndərməyin vaxtı çatıb", - Medvedev Telegram kanalında yazıb.

















