1xeber.media xəbər verir ki, Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış MiQ-29 qırıcılarını Ukraynaya təhvil verməyə hazır olduğunu açıqlayıb.
Kosiniyak-Kamış, nazirliyin mətbuat xidmətinin məlumatına görə, "Məhdud istismar müddəti ilə əlaqədar olaraq, MiQ-29 təyyarələri artıq Polşa Hərbi Hava Qüvvələrində xidmətdə olmayacaq. Biz Ukrayna tərəfi ilə MiQ-29-ların təhvil verilməsi ilə bağlı danışıqlar aparırıq" dedi.
O, Ukraynadan Polşaya pilotsuz uçuş aparatı (PUA) texnologiyasının transferinin də müzakirə olunduğuna aydınlıq gətirib. "Bu həmrəylik qarşılıqlı olmalıdır", - Polşanın müdafiə naziri vurğulayıb.

















