Xəbər verildiyi kimi, məşhur şoumen Mehmet Ali Erbil özündən 40 yaş kiçik həyat yoldaşı Gülseren Ceylandan ayrılır.
1xeber.media Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi böyük yaş fərqindən irəli gələn fikir ayrılıqları və bitib-tükənməyən mübahisələr olub.
Mehmet Ali Erbil təxminən 2 illik münasibətdən sonra avqustun 28-də Gülseren Ceylanla nikah masasına əyləşmişdi. Lakin bu evlilik cəmi 3 ay yarım ay davam edib.

















