1xeber.media xəbər verir ki, Moldova parlamentinin müxalif “Pobeda” blokundan olan deputatı Marina Tauber bazar ertəsi, dekabrın 9-da jurnalistlərə bildirib ki, müxalifət dövlət vətəndaşlarının maraqları naminə Rusiya ilə əməkdaşlığı müdafiə etmək niyyətindədir.
“Getdikcə daha çox dünya liderləri Rusiya Federasiyası, BRİKS və Avrasiya İttifaqının ətrafında toplaşır. Komandamız bütün təzyiqlərə baxmayaraq, vətəndaşların rifahı üçün mübarizəni davam etdirəcək və ölkəmizin çiçəklənməsinə səbəb olacaq maraqları müdafiə edəcək”, - deyə RİA Novosti onun sözlərindən sitat gətirir.
Tauberin sözlərinə görə, “Pobeda” bloku həmişə Rusiya ilə tərəfdaşlığın, eləcə də Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə əməkdaşlığın qorunub saxlanılması və inkişaf etdirilməsinin tərəfdarı olub.Bundan əlavə, Moldova parlamentinin üzvü əlavə edib ki, dövlətlər ABŞ və Avropanın “qlobalist hücumlarını və hegemonluq istəyini” dəstəkləmir. Onun sözlərinə görə, hazırda bir çox dövlətlər Avropa İttifaqı və NATO-nun siyasətinə qarşıdır.
"Qlobal tendensiya göstərir ki, gələcək çoxqütblü dünya və əməkdaşlıqdadır", - Tauber əlavə edib.