Kaluqa hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
1xeber.media xəbər verir ki, bu barədə “Rosaviasiya”nın sözçüsü Artem Korenyako özünün Telegram kanalında məlumat verib.
"Kaluqa hava limanı (Qrabtsevo). Təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - o yazıb.
Korenyako qərarın uçuş təhlükəsizliyini təmin etmək üçün verildiyini vurğulayıb.

















