Vladiqafqaz və Qroznı hava limanlarında təyyarələrin qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
1xeber.media xəbər verir ki, bu barədə avqustun 16-da Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako məlumat verib.
“Vladiqafqaz (Beslan), Qroznı (Severnı) hava limanlarında təyyarələrin qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - Korenyako Telegram kanalında yazıb.
Onun sözlərinə görə, bu məhdudiyyətlər təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.