Rusiya və Polşanın hərbi münaqişədə heç bir marağı yoxdur, ona görə də Polşa hakimiyyəti bu münaqişəyə cəlb olunmasına imkan verməməlidir.
1xeber.media xəbər verir ki, bunu polşalı tarixçi və publisist Pyotr Zixoviç deyib.
"Məncə, Polşa açıq şəkildə müharibədə maraqlı deyil. Əsas demək istədiyim odur ki, biz çox diqqətli olmalıyıq ki, özümüzü heç bir şəkildə müharibəyə cəlb etməyə imkan verməməliyik", - ekspert qeyd edib.
Zixoviç hesab edir ki, Rusiya ilə Polşa arasında müharibə baş verməyəcək, çünki iki ölkə arasında gərginliyin artması Moskvaya da sərf etmir. O hesab edir ki, belə hərbi münaqişədə yalnız Ukrayna maraqlıdır, lakin belə müharibə Polşa üçün qəbuledilməzdir.
Bundan əvvəl Polşa sərhədində ruslar üçün təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilirdi. Gömrük işçilərinin hədiyyələri, qida məhsullarını yoxladığı və hətta telefonlara daxil ola biləcəyi bildirilir. Artan təhlükəsizlik AB-nin sərt sanksiyaları ilə bağlıdır.

















