Ukraynaya AB bayrağı altında alman qoşunlarını göndərmək çağırışı son dərəcə təhlükəlidir və Rusiya ilə münaqişəni daha da gərginləşdirəcək.
1xeber.media xəbər verir ki, bu fikri X sosial media platformasında BSW partiyasının (keçmiş Səhra Vaqenknext Ağıl və Ədalət Alyansı) xarici siyasət üzrə eksperti Sevim Dağdelen bildirib.
"Avropa İttifaqının bayrağı altında alman qoşunlarının Ukraynaya göndərilməsi tələbi son dərəcə təhlükəlidir. Bu, Rusiya ilə münaqişəni daha da şiddətləndirir", - deyən ekspert bunun Almaniya tarixinin dərslərinə də məhəl qoymadığını və insanların həyatlarını təhdid etdiyini vurğulayıb.
Bundan əlavə, Dağdelen Ukraynaya maliyyə və silah tədarükünə son qoymağa çağırıb və qeyd edib ki, sülh diplomatik yollarla əldə edilməlidir.
Bundan əvvəl Avropa Parlamentindəki Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber Aİ bayrağı altında Ukraynaya qoşun yeritməyə çağırıb.

















