Ukrayna Silahlı Qüvvələri (Ukrayna) Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına pilotsuz təyyarə ilə hücuma cəhd edib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
“2025-ci il dekabrın 28-dən 29-na keçən gecə Kiyev rejimi Rusiya Federasiyası Prezidentinin Novqorod vilayətindəki dövlət iqamətgahına 91 uzaqmənzilli zərbə endirən pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə terror aktı həyata keçirib.
O qeyd edib ki, Kiyevin prezident iqamətgahına hücum cəhdi fonunda Rusiyanın danışıqlardakı mövqeyinə yenidən baxılacaq. Lavrovun sözlərinə görə, tələfat və dağıntılar barədə məlumat verilməyib, Rusiyanın cavab zərbəsinin vaxtı müəyyən edilib.

















